BolgeXeber.Com » Gündəm » İcra başçısının qardaşından laçınlılara sayğısızlıq

İcra başçısının qardaşından laçınlılara sayğısızlıq

19-05-2013, 11:55
Oxunub: 4 176 Laçın rayonundan Milli Məclisin üzvü seçilmiş Nazim Fərəcov həmin işğal ildönümü ilə bağlı keçirilən tədbirə qatılmadı
Bu gün Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğal edilməsinin 21-ci ildönümü tamam oldu. İşğal ildönümü münasibətilə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, icra aparatının rəhbər işçiləri, rayon Polis İdarəsinin, rayon Prokurorluğnun, Laçın rayonunun digər idarə və müəssisələrin rəhbərləri, Laçın rayonundan olan tələbələr, müəllimlər, şagirdlər və hətta Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də Şəhidlər Xiyabanına baş çəkdilər. Həm “20 Yanvar”, həm də Qarabağ müharibəsi zamanı həlak olanların məzarları üstünə tər qərənfillər düzüldü, Şəhidlər abidəsi kompleksinin qarşısına əklillər qoyuldu. Sonra Laçın rayon İcra Hakimiyyəti başçısı Akif Səlimov və digərləri çıxış edərək işğal ildönümü ilə bağlı fikirlərini söylədilər. Akif Səlimov çıxışında vurğuladı ki, Laçın camaatı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə güvənir və bütün laçınlılar inanırlar ki, dövlət başçısının apardığı düşünülmüş, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Laçın rayonu tezliklə işğaldan azad ediləcək və laçınlı məcburi löçkünlər tezlikə öz ata-baba yurdlarına qayıdacaqlar. Bütün laçınlılar buna əmindirlər.
Amma həmin tədbirdə Laçın rayon ictimaiyyətinin qəzəbinə tuş gələn hadisələrə də şahid olduq. Bu hadisələrdən biri də Laçın rayonundan Milli Məclisin üzvü seçilmiş Nazim Fərəcovun həmin işğal ildönümü ilə bağlı keçirilən tədbirə qatılmaması idi. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı olan deputatın bu tədbirdə hansı səbəbələrdən iştirak etməməsi barədə rəsmi açıqlamanın verilməməsi isə laçınlıları daha da üzdü. Bizimlə həmsöhbət olan laçınlılar belə bir hüznlü gündə deputatın onlarla həmrəy olmamasını Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşından laçınlılara misli görünməmiş hörmətsizlik kimi qiymətləndirdilər.