BolgeXeber.Com » Gündəm » Qeyri-iş günlərində məhdudiyyət tətbiq olunacaqmı?

Qeyri-iş günlərində məhdudiyyət tətbiq olunacaqmı?

18-05-2020, 18:34
Oxunub: 4 522 "Bayram günlərində tətbiq olunacaq rejimlər müzkirə edilə bilər".

Bolgexeber.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, koronavirusa yoluxma rəqəmlərinin ciddi şəkildə artdığı müşahidə edilsə, həftə sonları və bayram günlərində rejim dəyişikliyinin tətbiq edilməsindən istifadə edilməsini təklif edə bilərlər. 

Digər müəssisələrlə yanaşı, idman zallarının fəaliyyətə icazə verilməməsini isə sözçü belə izah edib:

"Bildiyiniz kimi idman zalları qapalı yerlərdir və insanlar burada aktiv fəaliyyət göstərir. Bunu kafe və restoranlarla müqayisə etmək düzgün deyil. Aktiv idman olduğundan insanların nəfəs alıb-vermələri də tezləşir. Həmçinin maskada etmək də mümkün deyil. Fiziki olaraq çox çətin olar. Eyni zamanda idman zallarında təmasla da virus yoluxa bilər".

Y.Qarayeva deyib ki, idman zalları ilə bağlı qaydalar tam hazırlandıqdan sonra onların da açılması nəzərə alına bilər.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov isə idman zallarının açılmaması ilə bağlı deyib ki, bütün yerlər eyni vaxtda açıla bilməz: "Mərhələli şəkildə yumşalma olmalıdır".