Vilayət Eyvazov Yaşar Əliyevin oğluna yeni vəzifə verdi
21-05-2020, 11:23
Oxunub: 5 554
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov general Yaşar Əliyevin oğluna yüksək vəzifə verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazirin əmri ilə polis kapitanı Tural Əliyev nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin inspektoru vəzifəsindən azad edilərək Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili təyin olunub.
T.Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi olmuş polis general-mayoru Yaşar Əliyevin oğludur.
Y.Əliyev bir neçə gün öncə nazirin əmri ilə vəzifəsindən azad olunub. Məlumata görə, Yaşar Əliyevə Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.
Onun oğlunun təyinatı isə Y.Əliyev DİN-dəki vəzifəsindən azad olunmadan öncə baş tutub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər