“Range Rover” hasara çırpıldı: 3 ölü, 2 yaralı
20-05-2013, 11:55
Oxunub: 5 934
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Məlumata görə, hadisə ötən axşam saat 21:00 radələrində Bakı-Şamaxı yolunun 121-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb. Bakı şəhər sakini, Səbail rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı, 1983-cü il təvəllüdlü Səbuhi Əsgərovun idarə etdiyi EM622 tranzit nömrə nişanlı “Range Rover” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücünün özü ilə yanaşı, Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Rafael Rzayev və 1991-ci il təvəllüdlü Fərhad İbrahimov dünyasını dəyişib, 1981-ci il təvəllüdlü Kamal Qurbanov, 1983-cü il təvəllüdlü Orxan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər