BolgeXeber.Com » Gündəm » Qubadakı bu karxana ekologiyaya ciddi ziyan vurur-FOTO,VİDEO

Qubadakı bu karxana ekologiyaya ciddi ziyan vurur-FOTO,VİDEO

28-05-2020, 04:57
Oxunub: 4 873 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda mütəmadi olaraq  daş və qum-çınqıl yatağlarının səmərəli istifadəsi üzrə reydlər keçirir.
 Nazirlik apardığı yoxlamalar nəticəsində qanunsuz və ətraf mühitə  ziyan vuran karxanalar aşkarladıqda onların sahiblərinə qarşı müvafiq tədbirlər görür , protokollar tərtib edir, iddialar qaldırır  və həmin karxanaların bağlanması üçün dövlət orqanlarına müraciət edir.
Lakin elə karxanalar var ki, hal-hazırda da ekologiyaya ciddi ziyan vursalar da onlara reaksiya verilmir. Belə karxanalardan biri Qubanın Hacıhüseynli kəndində fəaliyyət göstərən daş , qum-çınqıl karxanasıdır.
Hacıhüseynli kəndinin sakinlərinin dediyinə görə karxananı işlədənlər uzun müddətdir ki , çayın hövzəsini qazırlar. Hal-hazırda hövzə təqribən 200 metrəcən qazılıb dərinləşib. Karxanada qum, şebel,çınğıl və s. materiallar  istehsal olunur.
Əməkdaşlarımız ərazidə olarkən karxanada texnikanın dayanmadan işlədiyinin şahidi olublar.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. Mətbuat katibi İradə İbrahimova əməkdaşımıza bildirdi ki,”məsələni araşdıracağıq və yaxın saatlarda sizə məlumat verəcəyik”.
 
Maraqlıdır görəsən nə səbəbdən  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsi , Quba icra hakimiyyəti və digər müvafiq yerli qurumlar ekologiyaya ciddi ziyan vuran bir şirkətin fəaliyyətini indiyəcən görməyiblər və karxanayla bağlı bir tədbir görülməyib?!