BolgeXeber.Com » Gündəm » İki metrlik gürzə ilanını öldürən Ucar sakini:”İlanı yaba ilə örüşdə yox ,öz həyətimdə öldürmüşəm”
İki metrlik gürzə ilanını öldürən Ucar sakini:”İlanı yaba ilə örüşdə yox ,öz həyətimdə öldürmüşəm”
28-05-2020, 17:41
Oxunub: 11 851
Dünən ölkə mətbuatında Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakinlərinin Küdürü adlanan ərazidə böyük gürzə ilanı öldürülməsi haqda məlumat yayılıb.
Məlumatda deyilirdi ki , öldürülən ilanın uzunluğu təxminən iki metr olub:
“Küdürüdə (quraq ərazi) gürzə ilanlarının bir neçə növü yaşayır. Sovetlər dönəmində bu ərazi ilantutanların sevimli məkanı olub.
Hətta Yuxarı Şilyan kənd sakinlərinin bəziləri xidmət haqqı almaqla, gürzə ilanlarını ovlayırlarmış. Bu, gürzə ilanlarının sayının kəskin artmasının qarşısını alırmış. Lakin sonradan ilançılıq sovxozlarının dağılması vəziyyəti dəyişib. Hazırda ərazidə ilanlarının sayının artdığı bildirilir.
Qeyd edək ki, gürzə ilanları əsasən, dovşan balaları və müxtəlif gəmiricilərlə qidalanır”.
Bolgexeber.com gürzəni öldürən Ucar rayonunun Yuxarı Şilyan kəndinin sakini Fətəliyev Ağamirlə əlaqə saxlayıb. Ağamir Fətəliyev müxbirimizə açıqlamasında bildirib ki,hadisə heç də tam yayılan məlumat kimi baş verməyib:
“Düzdür, həqiqətən gürzə ilanı öldürülüb və ilanı mən öldürmüşəm. Amma ilanı yayılan məlumat kimi heç də örüşdə yox,öz evimin həyətində, gürzə evimə girmək istərkən yaba ilə ,o ailəmə xətər yetirə biləcəyinə görə öldürmüşəm”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər