BolgeXeber.Com » Gündəm » Ekologiyaya ziyan vuran karxanadan bəhs edən yazımıza nazirlikdən reaksiya -AÇIQLAMA
Ekologiyaya ziyan vuran karxanadan bəhs edən yazımıza nazirlikdən reaksiya -AÇIQLAMA
29-05-2020, 12:51
Oxunub: 5 372
Dünən Bolgexeber.com saytında “Qubadakı bu karxana ekologiyaya ciddi ziyan vurur” başlıqlı,ətraf mühitə ziyan vuran karxana barəsində yazı dərc olunmuşdur.
Yazıda bildirilir ki:”Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda mütəmadi olaraq daş və qum-çınqıl yatağlarının səmərəli istifadəsi üzrə reydlər keçirir.
Nazirlik apardığı yoxlamalar nəticəsində qanunsuz və ətraf mühitə ziyan vuran karxanalar aşkarladıqda onların sahiblərinə qarşı müvafiq tədbirlər görür , protokollar tərtib edir, iddialar qaldırır və həmin karxanaların bağlanması üçün dövlət orqanlarına müraciət edir.
Lakin elə karxanalar var ki, hal-hazırda da ekologiyaya ciddi ziyan vursalar da onlara reaksiya verilmir. Belə karxanalardan biri Qubanın Hacıhüseynli kəndində fəaliyyət göstərən daş , qum-çınqıl karxanasıdır.
Hacıhüseynli kəndinin sakinlərinin dediyinə görə karxananı işlədənlər uzun müddətdir ki, çayın hövzəsini qazırlar. Hal-hazırda hövzə təqribən 200 metrəcən qazılıb dərinləşib. Karxanada qum, şebel,çınğıl və s. materiallar istehsal olunur.
Əməkdaşlarımız ərazidə olarkən karxanada texnikanın dayanmadan işlədiyinin şahidi olublar.
Məsələ ilə bağlı ETSN-nin mətbuat katibi İradə İbrahimova ilə əlaqə saxladıq. Mətbuat katibi əməkdaşımıza bildirdi ki,” məsələni araşdıracağıq və yaxın saatlarda sizə məlumat verəcəyik”.Maraqlıdır görəsən nə səbəbdən ETSN-nin yerli şöbəsi , Quba icra hakimiyyəti və digər müvafiq yerli qurumlar ekologiyaya ciddi ziyan vuran bir şirkətin fəaliyyətini indiyəcən görməyiblər və karxanayla bağlı bir tədbir görülməyib?!Yazı dərc olunandan sonra Bolgexeber.com-un əməkdaşları və ETSN-nin nümayəndəliyi birgə ərazidə olublar.
Məsələ ilə bağlı ETSN-nin mətbuat katibi İradə İbrahimova açılama verib.
Mətbuat katibi açıqlamasında bildirib ki, adıçəkilən ərazidə fəaliyyət göstərən istismarçı şirkətin hüquqi sənədləri qaydasındadlr. Lakin istismar prosesində bəzi pozuntular qeydə alınıb: “Bu gün də araşdırmalar davam edir. Araşdırmanın nəticəsi olaraq aşkar olunan pozuntularla bağlı MMC-yə qarşı qanuna müvafiq tədbir görüləcək”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər