BolgeXeber.Com » Gündəm » "Şərurlu Musa"nın qardaşının qatilinə 32 bıçaq vuruldu və meyiti polisə aparıldı
"Şərurlu Musa"nın qardaşının qatilinə 32 bıçaq vuruldu və meyiti polisə aparıldı
24-05-2013, 10:20
Oxunub: 6 469
Şərurlu Musa”nın qardaşı dəhşətli intiqam aldı
Bu gün günorta saatlarında Heydər Əliyev adına Hava Limanında dəhşətli qətl törədilib. Aeroportda Ordubad rayonunun Nüsnüs kəndinin sakini Əhmədov Alim Ehtiram oğlu 32 yerindən bıçaqlanaraq dəhşətli şəkildə qətlə yetirilib.
Əldə etdiyimiz məlumatda bildirilir ki, dəhşətli cinayəti törədən şəxs idman aləmində müəyyən nüfuza malik olan və “Şərurlu Musa” kimi tanınan Musa Musayevin qardaşıdır. Bu barədə bizə məlumat verən mənbənin sözlərinə görə, dəhşətli cinayəti törədən şəxs ötən ilin dekabrında Moskvada güllələnərək öldürülən Natiq Musayevin qardaşıdır.
Məlumata görə, öldürülən A.Əhmədov N.Musayevin qatili imiş. Qardaşı isə onu öldürərək, N.Musayevin qisasını alıb.
Hadisənin ən maraqlı tərəfi isə odur ki, cinayəti törədən şəxs daha sonra mərhumun cəsədini maşınına qoyaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək polisə təslim olub. (aznews.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər