Meyxanaçılar Sumqayıtda “Davay dosvidaniya” restoranı açırlar
24-05-2013, 15:35
Oxunub: 4 856
Bir müddət əvvəl “Tı kto takoy, davay dosvidaniya” qafiyəsi ilə Azərbaycanda məşhurlaşan meyxanaçı İntiqam və Ehtiram Rüstəmov qardaşları Sumqayıtda restoran açır.
Qqardaşlar yaxın vaxtlarda Sumqayıtda “Nəsimi” parkının yanında “Davay dosvidaniya” adlı restoran açacaqlar. Restoranda son hazırlıq işləri aparılır.
Qeyd edək ki, Rüstəmov qardaşlarının meyxanası nəinki Azərbaycanda, hətta Rusiya, Gürcüstanda da məşhurdur. Rusiya şou-biznesinin ən parlaq ulduzlarından sayılan Timati digər repçi həmkarları ilə birgə “Davay, dosvidaniya” qafiyə-nəqarəti ilə müşayiət olunan rep oxuyublar. Timati hətta, buna klip də çəkdirib. Repdə Rusiya şou-biznesinin iyrənc çılpaqlıqları lağa qoyularaq tənqid edilib. Timati sözügedən repi dostları Nel, L’One, Mişa Krupin və ST ilə birlikdə ərsəyə gətirib.
Qardaşların “Davay, dosvidaniya” qafiyəsi meyxanadan çox siyasi çağırış kimi səslənməyə başlayıb. Və bu çağırışlar Putinə, Saakaşviliyə qarşı işlənib. Qardaşlar hətta Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüblər. (qafqazinfo)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər