BolgeXeber.Com » Gündəm » Baş Prokurorluq DİN-in şəxsi heyətini təbrik edib - VİDEO

Baş Prokurorluq DİN-in şəxsi heyətini təbrik edib - VİDEO

1-07-2020, 16:34
Oxunub: 2 128 Azərbaycan Respublikası Baş Prokurorluğu 2 iyul Azərbaycan polisi günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyətini təbrik edib.
 Bolgexeber.com xəbər verir ki, təbrikdə deyili:
"2 iyul Azərbaycan polisi günü - Azərbaycan Polisinin yaradılmasının 102-ci ildönümüdür.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış 29 may 1998-ci il tarixli Fərmanla iyulun 2-nin Azərbaycan Polisi günü elan olunması, milli polisin çoxillik tarixi və peşə ənənələrinin davam etdirilməsinə təkan verməklə yanaşı, həm də polis əməkdaşlarının əməyinə verilən yüksək qiymətin məntiqi nəticəsi idi.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan mütərəqqi islahatlar nəticəsində, dövlətçiliyin möhkəmləndirilməsində, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilib.
Azərbaycan Respublikasının prokurorluq orqanlarının kollektivi adından peşə bayramı münasibətlə Daxili İşlər Nazirliyinin şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli, fədakar və şərəfli işlərində uğurlar arzu edirik.
Əlamətdar gün münasibətilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidməti tərəfindən hazırlanmış videoçarx təqdim olunur".