Ziya Məmmədova xüsusi səlahiyyət verildi
27-05-2013, 10:25
Oxunub: 5 501
Dövlət ehtiyacı üçün torpaqların alınması Nəqliyyat Nazirliyinə tapşırıldı
Nazirlər Kabineti Nəqliyyat Nazirliyinə yeni səlahiyyətlər verib. Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə prezident İlham Əliyevin 2011-ci il fevralın 15-də imzaladığı fərmana əsasən yeni dəyişikliklər müəyyən olunub.
Qərara əsasən, bundan sonra ölkə ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün Nəqliyyat Nazirliyi alacaq.
Qərara görə, həmçinin, Nəqliyyat Nazirliyinə bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirmək və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etmək tapşırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər