BolgeXeber.Com » Gündəm » Yardımlı polisi rayonda karantin rejiminə əmək olunmasına ciddi nəzarət edir

Yardımlı polisi rayonda karantin rejiminə əmək olunmasına ciddi nəzarət edir

4-07-2020, 16:00
Oxunub: 4 827 Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.  
 
Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Yardımlıda sərt  karantin rejimi  tədbiq olunmasa da  ölkə üzrə tədbiq edilən xüsusi karantin rejiminə ciddi nəzarət edilir,Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. Buna Yardımlıda olan BÖLGƏ TV-nin əməkdaşları da şahid olublar.
 
Ölkəmizdə koronaviris infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Yardımlı rayonunda da mobil qruplar tərəfindən davam etdirilir.
Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və polis orqanlarının nümayəndələri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmasını gücləndiriblər. Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və mərkəzi küçələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
 
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində karantin qaydalarının pozulmasının qarşısı alınır, vətəndaşlarla mütəmadi profilaktik söhbətlər aparırlar.
Tədbirlər çərçivəsində karantin qaydalarını pozanlarla bağlı tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların , obyektlərin ,market, restoran, iaşə müəssisələrinin , idarə və təşkilatların qarşısında vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qaydalara riayət etmələrinə nəzarət edirlər .
 Tibbi maskası  olmayanlar idarə və təşkilatların, bankların daxilinə buraxılmırlar,içəri daxil olan hər bir vətəndaşın əli spirtlə dezinfeksiya olunur, sakinlərə qaydalara riayət etmələri tövsiyyə olnur.

Polislər vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.

Bundan  başqa Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları küçəyə maskasız çıxan vətəndaşlara tibbi  maska paylayırlar.
Polis əməkdaşları eyni zamanda fəaliyyətinə qadağa tətbiq olunmuş obyeklərə də nəzarəti tam gücü ilə davam etdirir. Bu günə kimi  karantin rejimi qaydalarını pozan obyektlər barəsində inzibati protokollar tərtib edilib və bağlanması təmin edilib.
Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara polis əməkdaşları tərəfindən ciddi xəbərdarlıq olunur və xəbərdarlığa əməl etməyən vətəndaşlar barəsində protokol tərtib edilərək cərimə tətbiq olunur.