29 mayın astroloji proqnozu
29-05-2013, 05:30
Oxunub: 4 549
QOÇ – Sağlıq durumunuzu diqqətdə saxlasanız, gün ərzində digər problemləriniz olmayacaq. Əgər uzaq yola çıxmaq və ya qonaq getmək istəyirsinizsə, qarşınızda heç bir məhdudiyyət olmayacaq.
BUĞA – Bütün gücünüzü pulla bağlı problemlərin həllinə yönəldin. Bu istiqamətdə nə qədər gücünüz varsa, səfərbər edin. Saat 13-15 radələrində yersiz risklərdən uzaq olun ki, başınız ağrımasın.
ƏKİZLƏR – Sağlıq durumunuzda xırda çətinlikləriniz olsa da, bu, qarşıya qoyduğunuz planların icrasına ciddi təsir göstərməyəcək. Hətta aktivliyinizi artırdığınız təqdirdə qazanc da mümkündür.
XƏRÇƏNG – Planetlərin bürcünüzdəki neqativ düzülüşü həm fəaliyyət, həm də qarşılıqlı münasibətlər müstəvisində bir qədər gərginlik yarada bilər. Odur ki, bütün gücünüzlə təmkinli olmağa çalışın.
ŞİR – Bu ərəfədə yaşadığınız tale sükunəti xatırladır. Oxşar həyat tərzindən usandığınız üçün mütləq dəyişmək, təzadlar qoynuna atılmaq lazımdır. Qısamüddətli səfərlər sizə rahatlıq gətirə bilər.
QIZ – Pula böyük ehtiyac duyduğunuzu görən Göy qübbəsi qarşınıza bununla bağlı bir neçə şans çıxaracaq. Çalışın ki, bu şanslardan yararlanasınız. Axşama doğru aldığınız hər bir yeni təkliflə razılaşın.
TƏRƏZİ – May ayının ən uğurlu günlərindən birini yaşayacaqsınız. Ədalətə söykənən bütün məramlarınız reallığa yaxınlaşacaq. Təbii olmayan davranışlar nümayiş etdirməyin, xüsusilə rəhbərliyə qarşı.
ƏQRƏB – İtirdiklərinizi qaytarmaq istəyirsinizsə, ilk növbədə çılğınlıqdan uzaq durun, daha sonra buraxdığınız səhvlərdən nəticə çıxarın. İnsanların etibarını qazanmaq çətin olsa da, sizdə problem deyil.
OXATAN – Ulduzlar bu təqvimi müəyyən qədər gərgin şəkildə başa vuracağınızı bəyan edir. Ələlxüsus da fəaliyyət yönümündə qarışıqlıq mümkündür. Odur ki, hər bir addımda diqqətli olun.
OĞLAQ – Ziddiyyətli bir təqvimlə üz-üzəsiniz. Proseslərin gedişatı gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Bacardığınız qədər obyektiv olun ki, uduzmayasınız. Məsləhət almaq da olar.
SUTÖKƏN – Ulduzlar bu gün işlərinizin çox olacağından xəbər verir. Amma maddi baxımdan irəliləyişləriniz də gözlənilir. Yaxşı olar ki, bu gün hər hansı mənəvi problemin həllinə vaxt itirməyəsiniz.
BALIQLAR – Artıq daxili sabitliyiniz bərpa olunmaqdadır. Müsbət enerji ilə yüklənməyiniz ətrafdakılar tərəfindən başa düşülməyinizə və ümumi işlərinizdə müsbət dönüşə səbəb olacaq. Ürəyinizi sevgisiz qoymayın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər