Körpülərdə partlayıcı qurğuların yerləşdirilməsini bildirən həbs olundu
31-05-2013, 17:30
Oxunub: 4 740
Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və Baş Prokurorluğun Mətbuat xidmətlərindən birgə, Bolgexeber.com-a verilən məlumata görəmayın 31-də saat 04:34-də İsmayıllı rayon sakini, 1948-ci il təvəllüdlü Ənvər Adıgözəlov istifadəsində olan mobil telefonundan Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti”nə zəng edərək paytaxtın Nizami rayonundakı “Bağırov körpüsü”nə, Xətai rayonundakı “Xətai körpüsü”nə və Zabrat qəsəbəsinə gedən yoldakı “Sabunçu körpüsü”nə partlayıcı qurğuların yerləşdirilməsini və bu məlumatın ona Asif adlı şəxsin “sms”lə ötürməsini bildirmişdir.
Həmin məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri təxirəsalınmaz tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarının əməkdaşları ilə dərhal həmin ünvanlara cəlb edilməklə əraziyə baxış keçirmiş və müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Nəticədə qeyd olunan ərazilərdə şübhəli əşya aşkar edilməmişdir.
Ənvər Adıgözəlov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ə.Adıgözəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər