Bu günün astroloji proqnozu
2-06-2013, 08:55
Oxunub: 4 998
QOÇ - Ulduzların düzümü daha çox maliyyə məsələlərində uğurlara nail olacağınızdan xəbər verir. Ələlxüsus da nahardan sonra büdcənizi artırmaq üçün bütün mümkün variantlardan yararlanmalısınız.
BUĞA - Qərar verərkən mövcud situasiyaları mütləq nəzərə alın. Atdığınız addımları dəfələrlə götür-qoy edin. Axşama yaxın kimlərsə sizi sevindirə bilər. Gecə mütləq öz evinizdə qalın.
ƏKİZLƏR - Təxminən saat 19-a qədər nəzərdə tutduğunuz bütün ədalətli işlərdə müvəffəqiyyətə yaxın olacaqsınız. Sonrakı saatlarda isə davranışlarda özünüzü tənzimləməlisiniz. Səfərə çıxmayın.
XƏRÇƏNG - Saat 14-ə qədər gözlənilən gərginlikdən sovuşa bilsəniz, günün qalan vaxtı rahat keçəcək. Buraxdığınız səhvlərə haqq qazandırmaqdansa, onları düzəltməyə çalışın. Bəxtinizdə pul da var.
ŞİR - Səbəbsiz yerə qızışmaq, daima gileylənmək sizə zərərdir. Gərginliyinizi azaltmaq üçün başınızı işlə qatın. Bir də nəzərə alın ki, çoxuna baxanda sizin vəziyyət xeyli yaxşıdır.
QIZ - Çox güman ki, xeyli vaxtdan bəri görmədiyiniz adamlarla rastlaşacaqsınız. Bu amil sizi xeyli rahatlandıracaq. Ulduzlar nahardan sonra sizə başqa sürprizlər də vəd edir.
TƏRƏZİ - Kənardan dəstəyin olacağını daha çox hiss edən ulduzlar boş dayanmamağı məsləhət görür. Nə qədər aktiv olsanız, uğurlarınız da bir o qədər artacaq. Bu gün uzaq yola çıxmayın.
ƏQRƏB - Maraqlı hadisələr yolunuzu gözləyir. Amma bu təqvimdə diplomatik qabiliyyətinizi maksimal tərzdə yüksəltməli, öz söhbətlərinizlə hamının diqqətini cəlb etməlisiniz. Gərginlikdən qurtulacaqsınız.
OXATAN - Təxminən saat 17-yə qədər yalnız adi işlərin həlli ilə məşğul olun. Risk və ya qeyri-ənənəvi addımlar uğursuz ola bilər. Axşama doğru isə ürəyinizə yaxın adamlarla bir yerdə olun.
OĞLAQ - Yeni əlaqələr yaratmaq, perspektivli sövdələşmələrdə iştirak üçün səmərəli vaxtdır. Bu, ay ərzində çox arzunuzun reallaşmasına xidmət edə bilər. Gün şüasından ehtiyatlanın.
SUTÖKƏN - Böyük dəyişiklər astanasındasınız. Ruhdan düşməyə heç bir lüzum yoxdur. Kiminsə xətrinə dəyməyin. Əksinə, hamıya dəstək verin ki, onlar da gələcəkdə sizinlə həmdəm olsunlar.
BALIQLAR - Müəyyən gərginliklə müşahidə olunsa da, bu, nəzərdə tutduğunuz planların reallaşmasında ciddi maneə yaratmayacaq. Saat 15-18 aralığında qarşınıza çıxan şanslardan yararlanmağa çalışın.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər