Paytaxt meri həbs edildi
2-06-2013, 12:50
Oxunub: 5 218
Səid Əmirov bir neçə qətli sifariş verməkdə şübhəli bilinir
Bir müddət əvvəl xüsusi əməliyyat nəticəsində həbs edilmiş Dağıstanın paytaxtı Mahaçqalanın meri Səid Əmirov xüsusi təyyarə ilə Moskvaya aparılıb.
Bu barədə Rusiyanın "ORT" telekanalı Dağıstan Dövlət Televiziyasına istinadən xəbər verib.
Məlumata görə, Əmirovla bərabər saxlanılan qardaşı oğlu Yusup Cəfərov, habelə adları açıqlanmayan daha 12 nəfər də Rusiya paytaxtına aparılıb.
Dağıstan mətbuatının yazdığına görə, Səid Əmirov çoxsaylı qətllərin sifarişində ittiham olunur. Mer əsasən, Dağıstan Respublikası İstintaq Komitəsinin əməkdaşı Arsen Qadjibekovun qətlini sifariş verməkdə şübhəli bilinir.
O, iki gün əvvəl saxlanılmış Sirajudin Quçuçalievin ifadələri əsasında tutulub. Quçuçaliyev isə Mahaçqala silahlılarının liderlərindən sayılır.
Qeyd edək ki, Mahaçqala meri Səid Əmirov 14 ildir bu postu tutur və bu müddət ərzində ona qarşı edilmiş çoxsaylı sui-qəsd cəhdlərindən sağ çıxdığı üçün "Ölümsüz" ləqəbi alıb. Onun yaşadığı ev hazırda xüsusi-təyinatlı dəstələr tərəfindən mühasirəyə alınıb, evdə və merin kabinetində axtarışlar davam edir. anspress
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər