BolgeXeber.Com » Gündəm » Tərtərin icra başçısı yeni dərs ilinin başlaması ilə əlaqədar videokonfrans keçirib

Tərtərin icra başçısı yeni dərs ilinin başlaması ilə əlaqədar videokonfrans keçirib

14-09-2020, 08:17
Oxunub: 4 451 Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim tərbiyyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar videokonfrans keçirmişdir. Konfransda umumtəhsil məktəblərinin direktorları, məktəbəqədər tərbiyyə müəssisələrinin müdirləri, yüksək bal toplayan məzunlar, rayon təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, rayon mərkəzi xəstəxanası üzrə Publik hüquqi şəxsi, direktor Yaşar Hüseynov, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Musa Əliyev iştirak etmişlər.
Videokonfransı açan rayon rəhbəri əvvəlcə yeni dərs ilinin başlanması münasibəti ilə konfrans iştirakçılarını təbrik etmiş, onlara sağlamlıq və yeni dərs ilində müvəffəqiyyətlər diləmişdir. Rayon rəhbəri bildirmişdir ki, bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxtda respublika Prezidenti cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində respublikamızda qonşu ölkələrlə müqayisədə itkilər az olmuşdur. Əhalinin sağlamlığı, sosial durumu daim diqqət mərkəzində saxlanılmışdır.
İcra başçısı koronavirus pandemiyası ilə mübarizədə tibb işçilərinin göstərdiyi sözün həqiqi mənasında qəhramanlığı da dilə gətirmiş, onlara ağır iş şəraitində çalışdıqları üçün dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışmışdır.
Rayon rəhbəri bildirmişdir ki, rayonumuzda bu günə kimi 2526 test aparılmış, 88 yoluxma qeydə alınmış, bunlardan 84 nəfəri sağalmış, 2 nəfəri vəfat etmiş, 2 nəfəri isə hazırda evdə müalicə alır. Yoluxma sayı çox olan kəndlər də qeyd olunmuş, hər kəsə diqqətli olmağı, gigenik qaydalara riayət etməyi tövsiyyə etmişdir.
Qeyd olunmuşdur ki, koronavirus pandemiyası ilə bağlı bu il “Bilik günü” qeyd olunmayacaq, məktəblərdə tədris prosesindən başqa kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilməyəcək.
Nazirlər Kabinetinin qərar və tövsiyələrinə əsasən ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində şəxsi gigenik qaydalara əməl edilməli, dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri vasitələrin yetərincə olması təmin edilməlidir. Məktəb və bağçalarda müəllimlər, tərbiyyəçilər, şagirdlər və uşaqlarla ünsiyyətdə olan hər kəs qoruyucu maskalardan istifadə etməli, uşaqların gündəlik temperaturları
ölçülməlidir. Məktəblərə, tibb bacısı ştatı olmayan körpələr evi-uşaq bağçalarına həkimlər təhkim olunmalı, gündəlik müainələr qeyd olunmalıdır. Valdeyinlər uşaqlarda hərarətin qalxması, dadbilmənin itməsi, öskürək olarsa onları məktəbə buraxmamalıdır. Birinci sinifə qəbul olunan uşaqların valdeyinləri uşaqları məktəbə gətirdikdən sonra foyelərdə toplaşmamalı, sıxlıq yaratmamalıdırlar. Bunun üçün müəllimlər, tərbiyəçilər valdeyinlərlə söhbət aparıb, maarifləndirməlidirlər. Məktəblər və bağçalar vaxtaşırı dezinfeksiya olunmalı, sanitar qovşaqların təmizliyinə diqqət artırılmalıdır, daimi su ilə təmin olunmalıdır.
Sonra icra başçısı yüksək bal toplayan məzunların hər birini ayrıca təbrik edib, onlara öz tövsiyələrini verdi, ötən tədris ilində olduğu kimi, bu tədris ilində də birinci simestiri əla qiymətlərlə başa vuran tələbələrin hər birinə öz aylıq əmək haqqısından 100 manat təqaüd verəcəyini bildirdi.
Rayon rəhbəri respublika Prezidentinin Sərəncamı ilə Xoruzlu kənd və şəhər 5 saylı tam orta məktəblərinin tikintisi üçün layihə simeta sənədlərinin hazırlandığını bildirərək həmin məktəblərin müəllim və şagird kollektivlərini təbrik etdi.
Sonra rayon təhsil şöbəsinin müdiri Yaşar Məhərrəmov, rayon mərkəzi xəstəxanası üzrə Publik hüquqi şəxsi, direktor Yaşar Hüseynov, Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Musa Əliyev, şəhər 1 saylı tam orta məktəbin direktoru Semur İbrahimov, 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, 5 saylı tam orta məktəbin direktoru Arzu Babayeva, 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, 3 saylı ümumi orta məktəbin direktoru Dilşad Məmmədova, Xoruzlu kənd tam orta məktəbin direktoru Rafiq Səfərov, Qazyan kənd tam orta məktəbin direktoru Rəfail Abbasov, Sarov kənd tam orta məktəbin direktoru Rüfət İsmayılov, Qaradağlı kənd tam orta məktəbin direktoru Eldəniz Əsgərov, Cəmilli kənd tam orta məktəbin direktoru Rəşad Şahbazov, Şıxarx 2 saylı kənd tam orta məktəbin direktoru Tofiq Hacıyev, şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Mahirə Quluyeva, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Həsənova, şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Rəfiyeva, şəhər 5 saylı körpələr evi-uşaq bağçasının müdiri Nigar Məmmədova, Seydimli kənd körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova və Qazyan kənd körpələr evi-uşaq bağçasının müdiri Nətavan Məmmədova çıxış edərək yeni tədris ilinin başlaması münasibəti ilə müəllim və şagirdləri təbrik etmiş, məktəblərdə və bağçalarda təmizlik işlərinin, dezinfeksiya tədbirlərinin aparıldığını, tədris və tərbiyyə müəssisələrinin yeni dərs ilinə hazır olduğunu bildirmişlər.
Videokonfransı rayon icra hakimiyyətinin başçısı yekunlaşdıraraq əlaqədar qurumlara Nazirlər Kabinetinin qərar və tapşırıqlarına ciddi riayət etmələrini tövsiyyə etdi.