BolgeXeber.Com » Gündəm » Tərtər sakinləri şəhəri tərk etmirlər, Azərbaycan Ordusuna güvəndiklərini bildirirlər-FOTO,VİDEO

Tərtər sakinləri şəhəri tərk etmirlər, Azərbaycan Ordusuna güvəndiklərini bildirirlər-FOTO,VİDEO

8-10-2020, 13:17
Oxunub: 9 078 Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtərin artilleriya atəşinə tutulmasına baxmayaraq BÖLGƏ TV-nin əməkdaşları cəbhə bölgəsində yerləşən Tərtər rayonunun Çaylı qəsəbəsində olublar, çəkilişlər aparıblar. Qəsəbədə əhali əsasən  yeni tikilmiş binalarda yaşayır . 
 
Sentyabrın 27-dən erməni işğalçı qüvvələrinin Tərtərin yaşayış məntəqələrini davamlı ağır artilleriya və raketlərdən atəşə tutması nəticəsində həlak olanlar, müxtəlif bədən xəsarətləri alanlar var. Halbuki Beynəlxalq hüquqa görə mülki əhalini bombalamaq müharibə cinayətidir. 
Tərtər şəhərinin mənfur düşmən tərəfindən artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus evlərə ziyan dəyib, binalar dağıntılara məruz qalıb. 
 
Lakin bütün buna baxmayaraq, Tərtər sakinləri şəhəri tərk etmirlər, düşmən atəşi zamanı zirzəmilərdə qorunurlar.
BÖLGƏ TV-nin əməkdaşları ilə söhbətləşən şəhər sakinləri Azərbaycan Ordusuna güvəndiklərini bildirirlər. Onlar qeyd edirlər ki, qəsəbədə həyat öz axarı ilə davam edir, işğaldakı kəndlərimizin düşməndən azad olunması xəbərlərini isə böyük sevinclə qarşılayırlar.  
Düşmənin zərbələrinə şanlı Ordumuz adekvat cavablar verir, tədbirlər görür.
Bütün çətinliklərə, müharibə şəraitinə baxmayaraq Tərtərdə bütün yerli icra orqanları , başda İcra Hakimiyyətinin başçısı 
Müstəqim Məmmədov olmaqla, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əhaliyə gecə -gündüz xidmət edirlər.