Ucarlı biznesmenin oğlu yoxa çıxdı
10-06-2013, 17:50
Oxunub: 5 785
Azərbaycanın Ucar rayonunun sakini Rusiyada itkin düşüb. Məlumata görə, uzun müddətdir Rusiya Federasiyasının Kostroma şəhərində yaşayan Xalac kənd sakini Əhmədov Məhəmmədəli Məmmədsalah oğlunun 1 aydan çoxdur itkin düşdüyü bildirilir.
Yaxınlarının verdiyi məlumata görə, M.Əhmədov valideynləri Azərbaycanda olarkən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. Valideynləri 1 aydan çoxdur ki, yoxa çıxan M. Əhmədovun itkin düşməsi ilə əlaqədar Rusiya hüquq-mühafizə orqanlarına məlumat versələr də, bu günə kimi ondan heç bir xəbər çıxmayıb.
M. Əhmədovun atasının uzun illərdi ki, Rusiyada biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Bu arada bizimxeber.az Ucardan əldə etdiyi məlumata görə, M.Əhmədovun yaxın qohumları bu müəmmalı hadisənin arxasında ehtimal olaraq onun atasının biznes fəaliyyəti əlaqədar olaraq düçmənlərinin dayandığını düşünürlər. Hazırda 1 aydan çoxdur ki yoxa çıxan Ucar sakinin tapılması istiqamətində ciddi tədbirlərin də görüldüyü bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər