BolgeXeber.Com » Gündəm » "Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər"

"Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər"

28-10-2020, 10:50
Oxunub: 2 635 Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir.

Bu barədə Bolgexeber.com Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər.