Füzuli Ələkbərovun başçılıq etdiyi heyət BƏT-in toplantısında
13-06-2013, 12:10
Oxunub: 5 437
Füzuli Ələkbərov Cenevrəyə gedib
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdədir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bolgexeber.com saytına verilən məlumata görə, sessiyada müasir dünyada qlobal xarakterli müxtəlif amillərin, o cümlədən demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri və sosial müdafiə sahəsinə yönələn qeyri-pozitiv təsirləri, bu təsirlər fonunda sosial ədalət prinsiplərinin, əmək bazarında sabitliyin qorunub saxlanılması üçün sosial partnyorluq imkanlarının inkişaf etdirilməsi, habelə məcburi uşaq əməyinin bütün formalarının aradan qaldırılması sahəsində əsrin çağırışları müzakirə olunur.
Tədbirdə BƏT-in Baş direktorunun müvafiq sahədə mövcud vəziyyətlə bağlı həyata keçirilən sosial siyasət və İnzibati Şura sədrinin bir il ərzində görülmüş işlər barədə məruzələri, həmçinin yeni demoqrafik vəziyyətdə məşğulluq və sosial müdafiə, davamlı inkişaf və layiqli əmək, sosial dialoqun artan rolu üzrə hesabatları da nəzərdən keçirilir. Səfər çərçivəsində nazir Fizuli Ələkbərovun BƏT-in Baş direktoru Qay Rayder və təşkilatın digər rəhbər şəxsləri, sessiyada iştirak edən bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və sosial tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər