Nazirlərin rayonlara səfəri nəyi dəyişir?
13-06-2013, 12:15
Oxunub: 7 217
Füzuli Ələkbərovun səfərindən sonra bəzi rayonlarda ünvanlı sosial yardımla bağlı problemlər aradan qalxıb
Son dövrlər nazirlərin bölgələrə səfərinin bir sıra təsir və faydaları diqqəti çəkməyə başlayıb. Bolgexeber.com-a verilən məlumatlara görə, əhalinin bir müddət şikayətçi düşdüyü əsas məsələlərdən olan ünvanlı sosial yardımla bağlı durum bəzi rayonlarda dəyişməyə başlayıb.
Məlumatda vurğulanır ki, Hacıqabul və Tovuz rayonlarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsi əhali ilə arasında olan problemlərin əksəriyyətini aradan qaldırıb. Belə ki, vətəndaşların müraciətlərinə qısa müddətdə baxılır və onunla bağlı qərar verilir. Elə bu səbəbdəndir ki, həmin rayonlarda olduğumuz müddətdə bir çox insanlar yerli şöbələrin fəaliyyətindən razılıq ediblər.
Qeyd edək ki, sakinlər problemlərini təkcə yerli şöbələrə deyil, həm də birbaşa nazirin özünə çatdırmaq imkanları olduğunu və bunun da səfərlər nəticəsində mümkünləşdiyini dilə gətiriblər. Onlar Füzuli Ələkbərovun bu yaxınlarda bölgələrdə olmasından istifadə edərək, onunla görüşmək imkanı qazanıblar. Eyni zamanda, elektron ünvanlar vasitəsi ilə nazirə də yazmaq şansı qazanıblar ki, bunun da işlərin gedişatında faydası olduğunu dilə gətirirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər