Təhsil naziirliyində daha bir kadr dəyişikliyi
13-06-2013, 14:35
Oxunub: 5 932
Nazirliyin ümumi şöbəsinin müdiri Xəyyam Fərəcov tutduğu vəzifədən azad edili
Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə nazirliyin ümumi şöbəsinin müdiri Xəyyam Fərəcov tutduğu vəzifədən azad edilib. Xəyyam Fərəcov Apa-ya açıqlamasında faktı təsdiqləyib və bildirib ki, işdən öz ərizəsi ilə azad olunub. Onun sözlərinə görə, bir həftə öncə nazirliyin ümumi şöbəsinin müdiri vəzifəsindən azad olunub və təhsil nazirinin digər əmri ilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin kadrlar şöbəsinə aparıcı məsləhətçi təyin edilib. Xəyyam Fərəcovun adı Təhsil Nazirliyinin yeni hazırlanan “Telefon soraqçası”ndan da çıxarılıb.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri vəzifəsində təyin olunduqdan sonra nazirlikdə bir sıra kadr dəyişiklikləri edilib. Bu vaxta kimi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva, təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov, Aparat rəhbəri İlham Pirməmmədov tutduqları vəzifədən azad olunublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər