Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı
20-06-2013, 15:05
Oxunub: 4 953
Təhsil Nazirliyinə daxil olmuş müraciətlər əsasında Nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində Bakı şəhərində yerləşən 3 təhsil müəssisəsində ciddi faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb.
Bolgexeber.com nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbin direktoru V.Məcidovanın fəaliyyəti ilə bağlı Daxili nəzarət şöbəsinə müəllim və valideynlərin çoxsaylı şikayətləri daxil olub, uşaqların I sinfə qəbulu və digər sahələrlə bağlı ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. 13 iyun 2013-cü il tarixdən məktəbin direktoru ilə bağlanılmış əmək müqaviləsinə xitam verilib. Hazırda qeyd olunan təhsil müəssisəsində aparılan araşdırmalar davam etdirilir.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin direktoru K.Hacıyev və 11 nömrəli xüsusi internat məktəbin direktoru M.Cəfərova uşaqların sosial-məişət qayğılarına biganə münasibətlərinə, işə məsuliyyətsiz yanaşdıqlarına, rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiklərinə, vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiklərinə görə təhsil nazirinin müvafiq əmri ilə tutduqları vəzifədən azad ediliblər.
Təhsil Nazirliyi bildirir ki, gələcəkdə işdə ciddi nöqsanlara yol vermiş şəxslərin yalnız intizam deyil, qanunvericiliklə nəzərdə tutulmuş hallarda inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər həyata keçiriləcəkdir. Təhsil sistemində mövcud olan neqativ hallarla mübarizədə sistemli yanaşma tətbiq ediləcək.
Müvafiq nöqsanlarla bağlı görülmüş tədbirlərdən təhsil sistemində çalışan hər bir şəxs düzgün nəticə çıxarmalı, qanunvericiliyin tələblərinə riayət etməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər