İsa Sadıqov özü barədə xəbərlərə aydınlıq gətirib
20-06-2013, 19:00
Oxunub: 5 849
Respublika Hərbi Prokurorluğunun beynəlxalq axtarışa verdiyi müdafiə nazirinin keçmiş müavini, sabiq hərbi hissə komandiri, Norveçdə siyasi mühacirətdə yaşayan və iyunun 7-də Azərbaycan müxalifətinin elan etdiyi Milli Şuraya üzv seçilən polkovnik İsa Sadıqov həbs olunma xəbərini təkzib edib.
Qeyd edək ki, bu gün Azərbaycanın bəzi KİV-ləri Sadıqovun dünən Gürcüstanda saxlanıldığı barədə təsdiqlənməyən xəbər yayıblar.
Məlumata görə, İsa Sadıqov özü barədə xəbərlərə aydınlıq gətirən açıqlama verib.
Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun iyunun 19-da yaydığı məlumata görə, ehtiyatda olan polkovnik, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 23 yanvar, 1996-cı il tarixli hökmü ilə 01 sentyabr, 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan CM-nin 244-cü maddəsinin "a" bəndi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Sadıqov İsa Nəzər oğlunun CM-in 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması aparılır.
Bununla əlaqədar 25 fevral, 1993-cü il tarixdə Qazax Qarnizonu Hərbi Prokurorluğu tərəfindən faktı üzrə 01 sentyabr, 2000-ci il tarixinədək qüvvədə olmuş CM-in 255-ci maddəsinin "v" bəndi ilə cinayət işi başlanıb və istintaq aparılıb. 14 aprel, 2012-ci il tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 dekabr, 2001-ci il tarixli qərar təzələnib və CM-in 341.3-cü maddəsinə tövsif edilib. Hazırda həmin cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər