Akif Muradverdiyev həbs edildi
20-06-2013, 21:15
Oxunub: 4 720
Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Bakı aeroportunda saxlanıb
İyunun 20-də Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev Bakı aeroportunda saxlanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib.
Vəkilin məlumatına görə, A.Muradverdiyev hazırda Səbayel rayon Polis İdarəsində və ya məhkəməsindədir. Muradverdiyevin mobil telefonu zənglərə cavab vermir.
İlkin məlumatlara görə, guya ondan qadağan olunmuş nə isə tapılıb.
A.Muradverdiyev 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə həbs edilmişdi. Sonradan bu ittiham iqtisadi ittihamla əvəz olunub və 6 il həbsə məhkum edilib.
Muradverdiyev 2008-ci il yanvarın 15-də Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunmaqla cəzası şərti hesab edilərək azadlığa buraxılıb.
***
Akif Muradverdiyev hazırda Səbayel rayon məhkəməsinə gətirilib. Məhkəmənin qarşısında olan qohumlarından biri Amerikanın Səsinə bildirib ki, Muradverdiyev səhər saatlarında saxlanıb.
İlkin məlumatlara görə, o aerorotun gömrük və sərhəd xidmətlərini keçib neytral zonaya daxil olanda saxlayıblar və çantasında guya 18 min manat dəyəri olan 10-luq qızıllar olduğunu deyiblər. Halbuki bu vaxta qədər onun bütün yükləri gömrük nəzarətindən keçib və yoxlanıbmış. Muradverdiyev Moskvaya uçurmuş.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər