21 iyunun astroloji proqnozu
21-06-2013, 09:35
Oxunub: 5 229
QOÇ – Bir qədər gərgin situasiyalara cəlb oluna bilərsiniz. Odur ki, iş yerində və ayrı-ayrı şəxslərlə davranışlarınızı tənzimləməlisiniz. Ağlınız kəsməyən işlərə girişməyin.
BUĞA - İqlimin qızmarlığı neçə gündür ki, fiziki yorğunluğunuza səbəb olub. Odur ki, istirahətə daha çox yer ayırın. Günün ikinci yarısında isə uzaq səfərə də çıxmaq olar.
ƏKİZLƏR - Görəcəyiniz işləri əvvəlcədən konkretləşdirin. Qızmar yayın bu ərəfəsi karyeranız üçün həddindən ziyadə uğurlu ərəfə olacaq. Amma bugünkü vaxtınızı konkret olaraq sevgiyə həsr edin.
XƏRÇƏNG – Gileylərinizi qabartmayın. Özünüzü təmkinli, eyni zamanda qürurlu göstərin. Düşünülməmiş qərar çıxarmaq, risk etmək sizə uğur gətirməyə bilər. Sevgi amilinə diqqəti artırın.
ŞİR - Ehtiyatlı olun. Göy qübbəsi ciddi yanlışlığa yol verə biləcəyinizi bəyan edir. Mövcud situasiyaları kontrolda saxlamağa çalışın. Ürəyinizcə olmayan təklifləri düşünmədən təxirə salın.
QIZ - Əşyalarla, xüsusən də elektrik cihazları ilə ehtiyatlı davranın. Əks təqdirdə xəsarət ala bilərsiniz. Axşama yaxın əsəblərinizi sakitləşdirmək üçün gəzintiyə çıxın. Sirlərinizi açmayın.
TƏRƏZİ - Bu təzadlı təqvimdə bacardığınız qədər təmkin nümayiş etdirməyə çalışın. Yaxşı olar ki, yorucu işlərə ara verib istirahət edə, daha çox həzin bir musiqiyə qulaq asasınız.
ƏQRƏB - İqlimin qaynarlığı səhhətinizə mənfi təsir göstərə bilər. Bu səbəbdən də ehtiyatlı davranış, qidalara xüsusi diqqət yetirmək sizin üçün olduqca vacibdir. Yeni işlərə başlamayın.
OXATAN - Saat 14:32-dən Ay bürcünüzə daxil olduğu üçün, o vaxta qədər təpər tapıb qarşınıza çıxan maneələri dəf edə biləcəksiniz. Günün ikinci yarısında yeni işgüzar əlaqələr qurmaq üçün əzmkarlığınızı artırmalısınız.
OĞLAQ – Yeni əlaqələr yaratmaq fikriniz varsa, saat 15-ə qədər əzmkarlığınızı artırın. Söhbət və müzakirələr zamanı özünüzü qürurlu aparmağa çalışın. Sonrakı saatlarda istirahət edin.
SUTÖKƏN - Dünya niyə xoşunuza gəlmir? Bəlkə səbəbi təbiətdə deyil, insanlarda arayasınız. İxtiyarınızda olan bu təqvimdə yalnız bu barədə düşünün. Gün ərzində soyuq qidalardan uzaq olun.
BALIQLAR - Maliyyə sövdələşmələrində iştirak etmək üçün ideal gündür. Şəxsi büdcənizi artırmaq üçün bir az siyasətçi olun. Axşama yaxın çoxdan görmədiyiniz adamlarla rastlaşacaqsınız.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər