Zaqatalada teleaparıcı yol qəzasında öldü
22-06-2013, 10:15
Oxunub: 3 374
Zaqatala rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata əsasən, ölümlə nəticələnən ağır yol qəzası bu gecə saat 01:00 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində baş verib. Belə ki, 1980-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Üzeyir Rəcəb oğlu Məmmədov idarə etdiyi «VAZ-2112» markalı, 22 BD 844 dövlət nömrə nişanlı avtomobillə rayonun Muğanlı kəndindən Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilini idarəetməni itirərək yol kənarındakı dəmir maneəyə çırpıb. Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Ü.Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Ü.Məmmədovun meyiti FHN-nin Zaqatala rayon YMH-nın yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə etməklə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iki uşaq atası olan Ü.Məmmədov Zaqatala Xalq Teatrında aktyor işləyib və Şəki şəhərində fəaliyyət göstərən regional «Kanal-S» televiziyasında «Regionun virtuozu» verilişinin aparıcısı olub. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər