BolgeXeber.Com » Gündəm » Nazir müavinin qohumundan müdhiş fırıldaq

Nazir müavinin qohumundan müdhiş fırıldaq

6-05-2011, 19:35
Oxunub: 4 657
İntiqam Məmmədovun qardaşı oğlu İlyas Məmmədov ayrı-ayrı banklara külli miqdarda pul «atıb»

Son illər banklardan istehlak və digər təyinatlar üzrə kreditlərin götürülməsi xeyli sadələşdirimişdi. Lakin alınan kreditlərin vaxtında geri qaytarılmaması, habelə fırıldaq hallarının çoxalması bankları bir qədər qaydaları sərtləşdirməyə vadar etdi. Amma bunun məmur yaxınları və qohumlarına qəti aidiyyatı olmadığı da dəqiq məsələdir. Çünki onlar üçün həmişə «yaşıl işıq» var.

Ancaq məmur yaxınları arasında elələri də var ki, onlar mövcud imkan və statuslarından yararlanaraq, başqa vasitələrə, xüsusən də fırıldağa əl atmaqdan çəkinmirlər. Bəzən də bu fırıldaq nəticəsində onlar özlərinin yaxın dostlarını belə çətin vəziyyətə qoyurlar.

Bolgexeber.com-a verilən məlumata görə, belə olaylardan biri də Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədovun qardaşı oğlu İlyas Məmmədov ətrafında cərəyan edir. İlyas Məmmədovun əməllərinin əziyyətini çəkən və hal hazırda onun tutduğu işlərin bəlasına düşən adamlardan bir neçəsinin Bolgexeber.com-a verdiyi məlumata görə, nazir müavininin qardaşı oğlu onların adından ayrı-ayrı banklardan külli miqdarda kredit götürüb.

Hələlik adlarının açıqlanmasını istəməyən həmin şəxslər deyiblər ki, İlyas Məmmədov banklardan təkcə pul yox, həmçinin əşya da götürüb. Daha doğrusu, əşya götürən həmin şəxs onları sataraq pula çevrib. Problem isə ondadır ki, İ.Məmmədov faktiki olaraq götürdüyü kreditləri ödəmək niyyətində deyil.

Mənbələr onu da bildiriblər ki, İ.Məmmədovla bununla bağlı bir neçə dəfə danışıq aparsalar da, faydası olmayıb. Onların sözlərinə görə, hal hazırda Moskvada xəstəxanada olan nazir müavininin qardaşı oğlu orada aldığı bıçaq yaralarından müalicə olunur. Lakin onlar bu hadisənin təfsilatı barədə hər hansı bir məlumat vermirlər. «Bizi çox pis vəziyyətə qoyub. Əmisinə güvənir və onun nüfuzundan istifadə edir. Bizə söz vermişdi ki, həm pulları qaytaracaq, həm də uşaqlardan bir neçəsini işə düzəldəcək. Lakin bununla bağlı heç nə etmir».

Şikayətçilər onu da deyiblər ki, əgər qısa müddət ərzində İlyas Məmmədov onların adından istifadə edərək, götürdüyü kreditləri geri qaytarmasa, bununla bağlı prezidentə müraciət edəcəklər.

P.S. Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.