Düşmən əks-təbliğat üçün məlumat əldə etməyə çalışır - Xəbərdarlıq
10-12-2020, 17:54
Oxunub: 2 389
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara müraciət edib:
Bolgexeber.com-a daxil olan məlumatda bildirilir:
Ermənistan tərəfi öz uğursuzluqlarını pərdələmək üçün saxta xəbərlər yaymaqda davam edir. Belə ki, düşmən tərəfi əks təbliğat aparmaq məqsədilə müxtəlif kanallar – WhatsApp, Telegram, sosial şəbəkələr üzərindən vətəndaşlarımıza yazaraq özlərini bizdən biri kimi qələmə verir və guya qələbəyə həsr olunmuş film çəkilişində istifadə etmək üçün əldə olan video-görüntülərin təqdim edilməsini istəyirlər. Bunun qarşılığında isə vətəndaşlara müəyyən pul məbləği təklif edilir. Məqsəd Azərbaycan əleyhinə məlumatlar yaymaqla əks təbliğat aparmaqdır.
Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara etimad edib qarşı tərəfə informasiya ötürməsinlər, fərdi məlumatlarını təqdim etməsinlər və bu kimi mesajları "spam” olaraq şikayət etsinlər. Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə