4 rayonun prokuroru dəyişdi
25-06-2013, 11:30
Oxunub: 5 235
Azərbaycan prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru Maarif Hüseynov, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Qoşqar Əhmədov, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Ceyhun Almasov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Cəbrayıl, Qubadlı və Laçın rayon prokuroru vəzifələrinə təyin edilib. Baş prokurorun digər əmrləri ilə Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi Fuad Məmmədov tutduğu vəzifədən azad edilərək Tərtər hərbi prokuroru, Tərtər hərbi prokuroru Mehdi Hüseynzadə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi vəzifələrinə təyin edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər