190 manatlıq birdəfəlik yardım nə vaxtdan veriləcək? - RƏSMİ CAVAB
11-12-2020, 15:47
Oxunub: 576
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.
Bolgexeber.com-un məlumatına görə, bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
190 manat birdəfəlik maddi yardımın hansı zamandan ödənilməyə başlayacağı böyük maraqla qarşılanır. BAKU.WS bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı ilə əlaqə saxlayıb.
Nazirlik rəsmisi bildirib ki, 190 manatların verilməsi ilə bağlı ilkin olaraq Nazirlər Kabinetinin qərarı olacaq və bundan sonra detallar müəyyənləşəcək: “Qərarın açıqlanması bu gün və ya sabah da ola bilər. Dəqiq məlumat yoxdur.
Nazirlər Kabinetinin qərarından sonra elektron sistem üzərindən vətəndaşların filtri aparılacaq. Daha sonra hüququ yaranan şəxslərə 190 manatların köçürülməsinə başlanacaq. Vətəndaşlar əvvəlki aylarda aldığı kartlar vasitəsilə 190 AZN-i ala biləcəklər.
Qərar qəbul olunandan sonra 2-3 gün müddətində yoxlamalar aparılır. Daha sonra siyahılar banklara göndərilir. Banklar isə vətəndaşlara mesajlar göndərir ki, onların hesablarına ödənişlər köçürülüb. Biz maksimum çalışacağıq ki, bu prosesi sürətli şəkildə həyata keçirək”.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət