BolgeXeber.Com » Gündəm » Sumqayıtda sərt karantin rejiminin qaydalarına tam nəzarət edilir-FOTO,VİDEO

Sumqayıtda sərt karantin rejiminin qaydalarına tam nəzarət edilir-FOTO,VİDEO

18-12-2020, 14:14
Oxunub: 1 096 Bildiyiniz kimi koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
 
Sumqayıtda da polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər.
Qurulan postlarda polis əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar. Sumqayıtda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirilir. Polis əməkdaşları avtomobillə şəhərboyu hərəkət edərək səsgücləndirici vasitəsilə vətəndaşları maarifləndirir , onların nəzərinə karantin qaydalarına riayət etməyin vacibliyini çatdırır.
Polis mərkəzlə yanaşı məhəllə arası yollara da nəzarət edir.
 
Şəhər ərazisində reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar planşet vasitəsilə yoxlanılır və icazələri olmadan yaşadıqları ünvanları tərk edənlər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. 
 
Tədbir zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələnirlər.
Həmçinin ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyənləşdirilərək cərimələnirlər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb. Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah olunub.
 
 Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək və təsdiq olunmuş sanitar-karantin qaydalarına əməl etməyən şəxslər barəsində sərt intizam tədbirləri görüləcək.