Prezident: "Ağdamın vəziyyəti Hiroşimadan betərdir"
11-12-2020, 15:54
Oxunub: 184
"Ağdam şəhərini – ondan qalan yerləri – ziyarət edən əcnəbi jurnalistlər oranı Qafqazın Hiroşiması adlandırırlar. Fikrimcə, bu Hiroşimadan da betərdir”.
Bolgexeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.
"Hiroşima faciədir, ancaq onun üzərindən vandal və barbar yığını keçməyib. Ağdam şəhəri işğaldan sonra şüurlu, məqsədyönlü şəkildə dağılıb. Füzuli şəhəri də eyni durumdadır. Biz oranı azad edəndən sonra mən Azərbaycan bayrağının evlərin birindən yüksəldilməsini əmr edəndə mənə deyildi ki, belə bir bina yoxdur. Hər şeyi yerlə yeksən ediblər. Eyni vəziyyət Cəbrayılda da var. O da mövcud deyil. Qeyri-qanuni məskunlaşmanın aparıldığı şəhərlərdə müəyyən binalar qalırdı, xüsusilə Kəlbəcər rayonunda. Ancaq onlar ermənilərə tərk etmək üçün verilən müddət ərzində yandırılıldı və dağıdıldılar. Onlar evləri dağıdırdılar, o evləri ki, heç özləri tikməyiblər. Onlar sadəcə azərbaycanlıların evlərinə məskunlaşmışdılar. Onlar evləri yandırırdılar. Onlar ağacları kəsirdilər. Hətta satmaq üçün kəsdikləri ağacları apara bilməyəndə yolun kənarına atırdılar. Meşələri yandırırdılar. Yəni vandalizm indiyədək davam edib”, - dövlət başçısı bildirib.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm