Nazirlərdən biri şok vəziyyətində
27-06-2013, 13:50
Oxunub: 5 895
Qərbin prezident seçkilərində namizəd kimi təklif etdiyi məmur qorxusundan nə edəcəyini bilmir
Məlum olduğu kimi, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Qərblə rəsmi Bakı arasında uzun müddətli danışıqlar aparılıb. Bu danışıqlar zamanı Qərb ,prezident İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinə qarşı çıxıb. Və bunun əvəzində ortimal variantlar təklif edib.
Etibarlı mənbələrdən verilən məlumata görə, bu təkliflərdən biri də hakim komandada təmsil olunan nazirlərdən birinin prezident seçkilərinə qatılması və seçilməsi ilə bağlı olub. Bolgexeber.com bildirir ki, jam.az-a danışan mənbənin iddiasına görə, hətta Qərbin siyasi institutları bununla bağlı konkret namizəd adı da çəkiblər. Və olaydan sonra həmin nazir şok vəziyyətinə düşüb.
Məlumatda deyilir ki, həmin nazirin Qərblə hər hansı bir siyasi əlaqələri mövcud deyil. Düzdür, o, bir xeyli əvvəl hakimiyyətə gəlmək məsələsi ilə bağlı Amerika və Avropada bəzi danışıqlar aparıb. Amma həmin danışıqlar heç də uğurlu alınmayıb. Bu məsələdən sonra isə qeyd olunan məmur iddiasından olmasa da, niyyətindən əl çəkməli olub.
Mənbə bildirir ki, Qərbin bu təklifindən sonra hakimiyyət dairələrində çaxnaşma yaranıb. Daha doğrusu, məsələdən xəbərdar olan məmurlar həmin nazirin Qərblə sıx əlaqədə olduğunu bildiklərindən ondan uzaq qaçmağa başlayıblar. Hətta iş o yerə çatıb ki, nazirlər xeyir və şərlərinə həmin nazirin gəlməməsini xahiş ediblər.
Məlumata görə, bu yaşananlardan şoka düşən nazir nə edəcəyini bilmir. Hətta dəfələrlə rəsmi dairələrlə görüşərək, həqiqətən də prezidentlik niyyətində olmadığını çatdırsa da, ona inanmayıblar. O da deyilir ki, sözügedən şəxs bu olayların yekunda onun həbsinə gətirib çıxara biləcəyindən də əndişəlidir. Çünki keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin başına gələnlərdən sonra onu da eyni aqibətin gözləyə biləcəyini istisna etmir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər