BolgeXeber.Com » Gündəm » Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO

Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO

26-01-2021, 09:21
Oxunub: 2 424 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
 
Bu barədə  FHN mətbuat xidmətindən məlumat verilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
 

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.