5 iyulun astroloji proqnozu
5-07-2013, 07:50
Oxunub: 5 160
QOÇ - Riskli qərar çıxarmayın. Əks təqdirdə həmişəki kimi yanılacaqsınız. Başqaları ilə məsləhətləşməməyinizə ulduzlar da təəccüblənir. Unutmayın ki, çox vaxt "tək əldən səs çıxmır".
BUĞA - İxtiyarınızda olan bu təqvimdə ilk öncə işgüzarlığınızı artırmağa çalışın. Əsas işləriniz yarımçıq qaldığı təqdirdə istirahət etməyin. Yeni sövdələşmələrə də hazır olun.
ƏKİZLƏR - İqlimin qəfil dəyişkənliyi və proseslərin əsəbi müstəviyə keçməsi səhhətinizlə bağlı problemlər yarada bilər. Odur ki, özünüzü qorumağa güc verin. Göy-göyərti çox yeyin.
XƏRÇƏNG - Bürcünüzün ən gözəl günlərindən birini yaşayacaqsınız. Bütün proseslər xeyrinizədir. Ulduzlar büdcənizə xeyir verəcək. Amma sizə ehtiyac duyan insanlara baş çəkməyi də unutmamalısınız.
ŞİR - Mənəvi və ruhi baxımdan uğurlu gündür. Göy qübbəsi bütün hərəkətlərinizi tənzimləyəcək. Özünüzü qorumağa çalışın ki, bəzi xoşagəlməz hadisələr ovqatınızı poza bilməsin.
QIZ - Sizin üçün istirahət etməkdən söhbət belə gedə bilməz. Əksinə, bütün işgüzar görüşlərinizi bu təqvimə təyin etməlisiniz. Çünki ən uğurlu gün məhz sizin bürcün bəxtindədir.
TƏRƏZİ - Hansısa xırda məsələyə görə bu qədər sıxıntı keçirməyiniz nəyə lazım? Axı çıxış yollarını hamıdan yaxşı siz bilirsiniz. Özünüzü çətinliyə salmaqdansa, qəti qərar verin. Yeri gəlsə, məsləhətləşin.
ƏQRƏB - Əsas diqqətinizi ailə-sevgi münasibətlərinin tənzimlənməsinə yönəldin. Hazırda ətrafınıza daha çox yaxşı adamlar toplaşıb. Onların kömək və məsləhətlərindən yararlanın.
OXATAN - Ulduzlar bəyan edir ki, yalnız münasibətlər zəminində uğurlarınız olacaq. Səfər, fəaliyyət və ya şəxsi işlər üçünsə sərfəli vaxt deyil. Qohumlarla mübahisələrə yol verməyin.
OĞLAQ - Nədənsə son vaxtlar sürətlə ötən günlərdən mənəvi zövq ala bilmirsiniz. Bu problemi aradan qaldırmaq istəyirsinizsə, qonaq gedin. Narahatlığı yalnız bu cür dəf edə bilərsiniz.
SUTÖKƏN - Astroloji göstəricilər bu təqvimdə daha çox sizin bürc üçün büdcə artımı olduğuna işarə edir. Bəxtinizi sınamaq pis olmazdı. Amma riskli və yeni işlərdən də uzaqlaşmalısınız.
BALIQLAR - Səhhətinizə fikir verə bilsəniz, günün ümumi mənzərəsi qənaətbəxş olacaq. Qayğınıza qalanlar sizi darıxmağa qoymayacaq. Bu gün dünyadan gedənlərinizə dualar oxuyun.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər