BolgeXeber.Com » Gündəm » Şəhid ailəsi: ”Sağ olsun millət vəkilimiz , həmişə yanımızdadır”-VİDEO

Şəhid ailəsi: ”Sağ olsun millət vəkilimiz , həmişə yanımızdadır”-VİDEO

3-02-2021, 10:02
Oxunub: 4 827 Bolgexeber.com-un bölgə müxbiri bu yaxınlarda Cəlilabad rayonunda olub və şəhid ailələri ilə görüşərək onlarla söhbətləşib.
Əməkdaşımızla söhbət zamanı rayonun Səttərxan küçəsində şəhid atası Ağaşov Vüqar, Böyük Bəcrəvan kəndində şəhid qardaşı Təbriz İsayev , Privolnoye kəndində şəhid anası Bağırova Almaz bildiriblər ki, 67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçilmiş deputat Malik Həsənov daima onların qayğıları ilə maraqlanır.
Şəhid atası Ağaşov Vüqar bildirdi ki, deputat Malik Həsənov başqa deputatlar kimi söz verib gəlməyən deputatlardan deyil: ”Malik Həsənov həmişə şəhid ailələri ilə maraqlanır,onların problemlərini həll  edir, kimsəsizlərə , ehtiyacı olanlara pandemiya dövründə köməklik göstəri, kəndlərinin yollarını təmir edib.
Şəhid qardaşı Təbriz İsayev şəhid ailələrinə edilən diqqətə görə dövlət başçısına, millət vəkilinə təşəkkürünü bildirib. Təbriz İsayev qeyd edib ki,  millət vəkili onların dairəsindən olan deputat olmasa  da daima onların qayğıları ilə maraqlanır:”Sağ olsun millət vəkilimiz həmişə yanımızdadır”
Privolnoye kəndində şəhid anası Bağırova Almaz  da həmçinin deputat tərəfindən şəhid ailəsi kimi diqqət hiss etdiyini vuğulayıb.
Qeyd edək ki, millət vəkili Malik Həsənov 95 şəhid ailəsinin hər birinə 2000 manat köməklik göstərib. Maddi yardım millət vəkilinin köməkçisi Ələddin Əliyev tərəfindən şəhid ailələrinə  verilib.  Millət vəkili rayonun bir sıra kəndlərinə yol çəkib və  bir sıra yolları öz vəsaiti hesabına təmir edib.
Deputatın təşəbbüsü ilə xüsusi karantin rejimi dövrü aztəminatlı ailələrə yardım aksiyaları keçirilib.
Deputat tərəfindən indiyəcən rayonda yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 4000-nə yaxın ailəyə ərzaq bağlamaları paylanılıb.
Bundan başqa millət vəkili Cəlilabaddan  olan bir çox ali məktəb tələbəsinin təhsil xərclərini   öz üzərinə götürüb.
Mövzu ilə bağlı hazırladığımız videosüjeti təqdim edirik: