BolgeXeber.Com » Gündəm » Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video

Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video

18-02-2021, 14:00
Oxunub: 4 632 Redaksiyamıza müraciət edən şəhid anası Həsənova Aygul Məhəmməd qızı İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinin Bələdiyyə sədri İbrahimov İman Mükərrəm oğlunun onun topağını əlindən almağla yanaşı vətənimizin dilbər guşəsi yer üzünün incisi olan Qarabağin azad olunmasında istirak etmiş və qəhrəmancasına şəhid olan oğlunu təhqir etdiyini bildirmişdir. Şəhidin anası bildirdi ki, nə vaxt ki, burda bir daşı daş üstünə qoyuruq o saat Bəhrəmtəpə bələdiyyəsinin sədri gəlib gorülmüş işləri uçurur, qısası Bələdiyyə sədri mənə gün verib işıq verməyir. Şikayətşi bildirdi ki, hətta qonşular bu topağın mənim 2005-ci ildə fiziki qüsurlu oğluma keşmiş Bələdiyyə sədri tərəfindən verilməsini öz imzaları ilə təsdiq ediblər ki, həqiqətən bu torpağ sahəsi mənə vaxti ilə keşmiş Bələdiyyə sədri tərəfindən verilib. Şəhid anası bizim vasitəmizlə olkə başçısı cənab prezident İlham Əliyevə muraciət edərək kömək istədi. Yaranmış problemlə bağlı Bələdiyyə sədri ilə telefon əlaqəsi saxlamağa çalışsaqda Bələdiyyə sədri telefonumuza cavab vermədi. Əlbətdə ki, biz media işçiləri olaraq işimiz kimlərisə günahlandırmaq deyil əksinə bəzi məmurlara cənab prezidentin dedyi kimi məmur xalqın xidmətçisidir kəlamını xatırlatmaqdır. Ümüd edirik ki,aidiyyati qurumlar qisa zaman kəsiyində şəhid anasının səsinə səs verəcəylər.
Daha ətraflı videosujetdə