Azərbaycanlı mühacir Avstriyadan deportasiya olunub
11-07-2013, 15:05
Oxunub: 5 609
Azərbaycanlı mühacir Samir Qurbanovun Avstriyadan deportasiya olunmasına qərar verilib.
Bu barədə TİA.AZ-a mühacirin özü məlumat verib. Onun sözlərinə görə, seçki saxtakarlıqlarını videokamera ilə lentə aldığına görə Azərbaycanda hakimiyyət orqanları tərəfindən təqzyiqlərə məruz qalıb və siyasi sığınacaq üçün Avstriyaya üz tutub.
Himayəsində 4 azyaşlı uşaq olan S.Qurbanov illər boyunca Avstriyada yaşamaq və işləmək hüququ əldə etməyə çalışsa da, bu ölkənin hökumət qurumları ona bu imkanı verməkdən imtina ediblər. Nəhayət, bu
yaxınlarda Avstriya məhkəməsi S.Qurbanovun ölkədən deportasiya olunması ilə bağlı qərar verib. Mühacirin sözlərinə görə, avstriyalı hakim onun təqdim etdiyi sübutları qulaqardına vurub və deyib ki, belə sübutları düzəltmək Azərbaycanda çətin deyil. S.Qurbanovun sözlərinə görə, hakim hətta deyib ki, belə sübutları Azərbaycanda rüşvətlə də əldə etmək olar.
Avstriyadan sonra Samir Qurbanov 6 nəfər ailə üzvü ilə (4 azyaşlı uşaq və iki valideyn) İsveçrəyə üz tutub. Cenevrə Konvensiyasına əsasən onları dövlət öz sığınacaqlarından birində yerləşdirib. Onlarla lazımi söhbətlər aparılıb və hazırda Qurbanovlar ailəsi İsveçrənin hakimiyyət orqanlarından cavab gözləyir. Ailə İsveçrədən mərhəmət gözləyir və ümid edir ki, bu ölkədə onlara yaşamaq imkanı yaradılacaq.
Qeyd edək ki, 1950-ci il BMT konvensiyasına əsasən, bütün ölkələr siyasi baxışlarına görə təqib olunanlara öz ərazilərində siyasi sığınacaq verməyə borcludurlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər