BolgeXeber.Com » Gündəm » Tanınmış rəssam cənab Ramil Usubova müraciət etdi...

Tanınmış rəssam cənab Ramil Usubova müraciət etdi...

11-07-2013, 17:45
Oxunub: 4 125 Rəssamın əsərlərini Gömrük Komitəsi sədrinin köməkçisi oğurlayıb...
Tanınmış rəssam Şamil Həsənov redaksiyamıza gələrək başına gələn hadisəni danışdı. Rəssamın danışdıqlarından məlum oldu ki, yeni tanış olduğu Rövşən adlı şəxs onun emalatxanasından qiymətli sənət əsərlərini və əşyalarını oğurlayıb. Qafqazregion.az saytı olaraq araşdırmadan sonra müəyyən edə bildik ki, Rövşən vaxtilə Gömrük Komitəsinin keçmiş sədri Tahir Əliyevin köməkçis olub, hətta həbs olunaraq bir müddət saxlanılıb.
Rəssamla görüşümüzün sonunda Şamil Əliyev cənab daxili işlər naziri Ramil Usubova ünvanladığı müraciəti redaksiyamıza təqdim etdi:
“Cənab nazir! Mən 1969-cu ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Mənim rəsm əsərlərim dünyanın 29 ölkəsində müxtəlif kolleksiyalarda saxlanılır.
2008-ci il 30 dekabr tarixdə axşam saat 21-00 radələrində tanışım Rövşən və tanımadığım bir nəfərlə əsərlərimlə tanış olmaq üçün İnşaatçılar prospekti, 28 ünvanda yerləşən emalatxanama gəldi. Çay içib söhbət edirdik. Tanımadığım şəxs yarım saat oturub çıxıb getdi. Mən tualetə çıxıb geri qayıtdım və çaydan bir qurtum içən kimi özümü çox pis hiss eləməyə başladım. Rövşən mənim barmağımdakı briliyant üzükləri çıxartmağa başladı. Mən özümdə deyildim. O mənim rəsm əsərlərimi yığışdırmağa başladı. Mən özümü çox pis hiss elədiym üçün hətta etiraz da edə bilmirdim. Deyirdim aparma, o isə ver bura deyirdi. Səhər özümə gələndə məlum oldu ki, Rövşən mənim 2 ədəd briliyyant üzüyümü, 2 ədəd qiymətli-qədimi gümüş vazanı, gümüş şamdanı, 20 ədədə yaxın rəsm əsərimi, 1 ədəd XIX əsrə aid olan boşqabı, Çin vazalarını, qiymətli viski içkisini və digər qiymətli əşyaları aparıb. Mən xeyli fkirləsəm də çıxış yolu tapmırdım. Bu hadisədən dəhşətli psixoloji sarsıntı keçirdiyim üçün hətta baş verənləri öz ailə üzvlərimlə də bölüşmürdüm. Xeyli müddət şokda oldum. Nəhayət yaxın bir dostum mənə məsləhət bildi ki, polisə müraciət edim. Və mən 25 fevral 2009-cu il tarixdə Yasamal RPİ-nin ərazisində yaşadığım 26 saylı Polis Bölməsinə rəsmi qaydada müraciət etdim. Ərizəmin qəbulu barədə 05.02. 2009-cu il tarixli, 000831 saylı talon var. Sonra işə baxılmadığı üçün mənə dedilər ki, hadisənin baş verdiyi 27 saylı Polis Bölməsinə müraciət edim. Oradan isə məni Yasamal RPİ-ə göndərdilər. Orda isə məni heç içəri də buraxmadılar.
Cənab nazir! Bu günədək, yəni 4 ildən artıq müddətdə dəfələrlə mən polis idarəsində olsam da süründürməçiliyə görə, həm də yaradıcı şəxs olduğum üçün bu işin sonuna çıxa bilmədim. Rövşənə dəfələrlə zəng etsəm də ( 040-211-44-44 ) cavab verirdi ki, Rövşən Gürcüstana köçüb.
Dəfələrlə Rövşənlə küçədə rastlşanda demişəm ki, mənim əsərlərimi qaytar, o isə deyb ki, həmin əsərləri Səbail rayonunun prokuroru Şirxan müəllimə bağışlamışam.
Cənab nazir! Mən yaradıcı şəxs olduğum üçün süründürməçiliyə dözmürəm. Ancaq gec-tez bu cinayət işinin üstü açılmalıdır. Və mənim qiymətli əşyalarım, əsərlərim özümə qayıtmalıdır.
Cənab nazir! Mən Sizə tam inanıram, yaradıcı şəxslərə, ziyalılara xoş münasibətinizi bilirəm. Ona görə də əminəm ki, yaxın vaxtlarda bu cinayətin üstü açılacaq və cinayətkarlar öz layq olduqları cəzanı alacaqlar. Bunun üçün məni qəbul etməyinizi rica edirəm”.
Hörmətlə, SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Şamil Həsənov