BolgeXeber.Com » Gündəm » Çingiz Qənizadəyə canlı yayımda şok ittiham –Video

Çingiz Qənizadəyə canlı yayımda şok ittiham –Video

16-07-2013, 15:35
Oxunub: 5 212 Çingiz Qənizadənin 10 yaşı olanda nə baş verib?

İyulun 15-də axşam ANS-in canlı yayımında deputat Çingiz Qənizadə ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Yasamal rayon şöbəsinin sədri, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev arasında şok insident yaranıb. Onların opponent olduğu verilişdə müzakirə mövzusu müğənni, xalq artisti İlhamə Quliyeva ilə Ç.Qənizadə arasında yaşanan söz savaşı olub.

Veriliş zamanı H.Vəliyev İ.Quliyevanın müdafiəçisi kimi çıxış edərək Ç.Qənizadəyə qarşı şok ittihamlar səsləndirib. Baş redaktor ittihamlarını üstüörtülü şəkildə dilə gətirib: “İndi mən 1967-ci ildə Ağdaş rayonunda 10 yaşlı Çingiz bəyin başına gələn hadisələrdən danışımmı?! Çingiz bəy o zaman Azərbaycan adına hansı hadisələri törədib, bunu hamı bilir”.

Ç.Qənizadə isə bu ittihamı gülüşlə qarşılayıb. Sonra da əlavə edib ki, H.Vəliyevin baş redaktoru olduğu qəzet reket qəzetlər siyahısına salınıb. Bunun cavabında H.Vəliyev əsəbi tonda belə deyib: “Reketçilik etmək yaxşıdır, yoxsa təcavüz?”

Qarşılıqlı ittihamlarla müşayiət olunan debatın videosunu təqdim edirik.