Təhsil Nazirliyi 3 minədək müəllimin sənədini yoxlayacaq
16-07-2013, 16:20
Oxunub: 4 908
Saxta sənədlə işləyən müəllimlərin aşkar olunması istiqamətində Təhsil Nazirliyi mütəmadi olaraq tədbirlər həyata keçirir.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzalı Qədirov jurnalistlərə açıqlamasında deyib ki, ötən il ümumi ölkə üzrə belə bir monitorinq aparılıb və onun nəticələri ictimaiyyətə elan olunub.
Aşkar olunan saxta təhsil sənədləri barədə məlumatları Baş Prokurorluğa da təqdim etdiklərini deyən F.Qədirov qeyd edib ki, onların bəziləri ilə bağlı müəyyən istintaq işləri başa çatıb, digərləri üzərində işlər aparılır: “Amma hər zaman Təhsil Nazirliyinə müraciət əsasında işə qəbul prosesində biz bütün təhsil sənədlərinin doğruluğunu, dəqiqliyini yoxlayırıq. Onun saxta olduğunu aşkar etdikdə, digər müvafiq tədbirlər görülür. Qarşıda bizi daha ciddi bir mərhələ gözləyir. Belə ki, işə qəbul olunacaq 3 minədək müəllimin təhsil sənədləri yoxlanacaq. Həmin yoxlamanın nəticələrinə uyğun olaraq məlumat verə bilərik ki, nə qədər müəllimin təhsil sənədi işləmək üçün uyğun deyil”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər