AMİ –də filial direktoru işdən qovuldu
17-07-2013, 10:05
Oxunub: 4 891
Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Mingəçevir fililalında baş verənlər barədə saytımızda xəbər vermişdik. Xatırladaq ki, hələ bir müddət əvvəl Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan davadan sonra bəzi məlumatlar üzə çıxmışdı. AMİ Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyevlə elə həmin institutun müəllimi Müsəllim Hümbətov arasında yay imtahan sessiyasıyla bağlı mübahisə sonradan bu təhsil ocağında baş verənləri çılpaqlığı ilə ortalığa qoydu.
Konfiliktlərdə sonradan AMİ-nin rektoru, deputat Aqiyə Naxçıvanlının və onun Prezident Admnistrasiyasında çalışan həyat yoldaşının adı çəkildi. Fililal direktorunun bu posta gəlməsi üçün Aqiyə Naxçıvanlıya 200 min manat rüşvət və Bakı şəhərində 4 otaqlı mənzil verdiyi iddiası ortaya çıxdı. Düzdür, “Bizim Yol”a açıqlamasında Aqiyə Naxçıvanlı Xatirə Həsənovanın ona rüşvət verməsi barədə iddiaları təkzib edib: “Biz hazırda Mingəçevir Filialında yoxlamalar aparırıq. Elmi Şuranın qərarı ilə Monitorinq Qurupu oradadır. Heç bir rüşvətdən, özbaşınalıqdan söhbət gedə bilməz. Mənim həyat yoldaşımın adının bu məsələlərə qoşulması mədəniyyətsizlikdir. Həyat yoldaşım niyə mənim arxamda durmalıdır? Hansı dövrdə yaşayırıq? İşimi düzgün aparıramsa, kənar dəstəyə niyə ehtiyacım olsun? Xatirə Həsənova orada müvvəqqəti olaraq, bu vəzifəni icra edir”.
tia.az xəbər verir ki, dünən isə AMİ Mingəçevir fililalının direktorunun işindən azad edildiyi barədə xəbər aldıq. Xəbərdə qeyd olunur ki, Şura iclasında Aqiyə Naxçıvanlı filialda baş verənlərin artıq ictimailəşdiyini, mediada barəsində müxtəlif dedi-qoduların səsləndirildiyini əsas gətirərək, Xatirə Həsənovanı işindən azad edib. AMİ Mingəçevir Filialından xəbəri saytımıza təsdiqləyiblər
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər