«Yeni Müsavat»la «Gündəm Xəbər» arasında dava-foto
18-07-2013, 12:20
Oxunub: 7 145
Seçki ili olduğundan siyasi düşərgələr arası münasibətlərdəki gərginlik anlaşılandır. Amma bu dəfə diqqətləri çəkən qəzetlər arasında baş verən olay oldu. Belə ki, «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini, Rauf Arifoğlunun qardaşı Azər Ayxan bu gün özünün «Facebook» səhifəsində yazdığı bir statusu ilə «Gündəm Xəbər» qəzetini yazı oğurluğunda - plagiatlıqda ittiham edib.
Dia.az həmin statusu olduğu kimi təqdim edir: «"Gündəm Xəbər" qəzeti oğurluqla məşğuldur. "Yeni Müsavat"da bir neçə gün öncə çıxmış manşet yazısını nöqtə-vergülünə toxunmadan bu gün çap ediblər. İstinadsız-filansız. Özü də bu, birinci hal deyil. Ayıb olsun bu qəzetin rəhbərliyinə. Utanın, xəcalət çəkin».
«Gündəm Xəbər» qəzetinin bu olaya reaksiyası da gecikməyib. Qəzetin baş redaktoru Nəsimi Şərəfxanlı Azər Ayxanın ittihamlarını aşağıdakı şəkildə yorumlayıb: «Mümkündür. Güman ki, "Gündəm Xəbər" son illər ərzində Azər Ayxanın nəzərdə tutduğu qəzetdə PA-da yazılmayan yazı aşkarlayıb və bunu ictimaiyyətə göstərmək istəyir. Ayıbın kime olmasının müəyyənləşdirmək üçün "facebook" da «ayıb» və «Azər Ayxan» sözlərini paralel axtarmaq lazımdır»...
Onu da bildirək ki, bundan sonra Azər Ayxan ağır ifadələrlə Nəsimi Şərəfxanlının reaksiyasını cavablandırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər