BolgeXeber.Com » Gündəm » Hərbçilərin avtobusu aşdı: ölən və yaralananlar var

Hərbçilərin avtobusu aşdı: ölən və yaralananlar var

19-07-2013, 15:55
Oxunub: 3 711 Azərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb. Baş DövlətYol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, hadisə bu günŞəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.
Hərbçiləri daşıyan “PAZ” markalı avtobus “Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.