Orta məktəblərdə attestat biznesi yenidən “alovlandi”
19-05-2011, 17:10
Oxunub: 6 358
Misir Mərdanov bu dəfə necə izahat verəcək?
Artıq təhsil naziri Misir Mərdanovun antikorrupsiya prosesini vecinə almadığı bütün mənalarda sübut olunmaq üzərədir. Əgər belə olmasaydı, hakimiyyət tərəfindən bir kampaniya yox, siyasət olduğu iddia edilən antikorrupsiya tədbirlərinin daha qabarıq vaxtında möhtərəm nazirimiz “mən 8 Martla bağlı pul yığımını qadağa edə bilmərəm” şəklində bir açıqlama verə bilməzdi.
İndi isə bu limitsiz əlahiddəliklə bağlı yeni məlumatlar almışıq. Pia.az satyrtına ünvanlanan şikayətlərdə valideynlər bildirilər ki, bu gün səhərdən etibarən Bakının az qala bütün orta məktəblərində şagirdlərdən şəhadətnamə və attestat pulu yığmağa başlayıblar: “Elə bil bazaar açıblar. Harda qaldı bunların rüşvətlə mübarizəsi. Məktəbin direktoruna deyirik ki, “161-ə şikayət edəcəyik”. Deyir “hara istəyirsən, hətta 165-ə də şikayət etsən xeyri yoxdur”. Belə özbaşınalıq olar?”
Bolgexeber.com şikayətçi valideyn onu da bildirdi ki, hər bir şəhadətnaməyə görə minimum 15 manat, attestata görə isə minimum 100 manat pul istənilir. Onu da bildirək ki, araşdırmalarımız nəticəsində Bakının mərkəzi rayonlarının orta məktəblərində bu qiymətlər daha yuxarıdır. Məsələn, 91 saylı orta məktəbdə attestat pulu adı altında 200-250 manatdan yığılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər