BolgeXeber.Com » Gündəm » Nazirlik Sobsan Boya fabrikinin müdirini cərimələdi

Nazirlik Sobsan Boya fabrikinin müdirini cərimələdi

19-08-2021, 16:30
Oxunub: 4 696 Xatırladaq  ki,3 gün əvvəl  Bolgexeber.com saytında “Güzdəkdə yeni ünvana daşınan Sobsan boya fabrikindən növbəti ekoloji TERROR” adlı, “SOBSAN Boya” fabrikinin Abşeron rayon Aşağı Güzdək və Müşviq qəsəbə ərazisində ekologiyanı korladığı haqda yazı dərc olunmuşdur.Yazıda bildirilirdi ki, SOBSAN boyaların tərkibində olan çox sayda kimyəvimaddələr insan orqanizminə eləcədə ətraf mühitə zərərli təsiri görtərməsi çox mətləblərdən xəbər verir:”Bu boyalar həmçinin ekoloji cəhətdən təmi deyil. Sobsan stasionar mənbələrdən atılan tullantıların əsas zərəli hissələri və yandırıcı materiallar sözün əsl mənasında təşviş doğurur.
 
Bolge.tv bildirir ki, Abşeron rayon Aşağı Güzdək və Müşviq qəsəbə ərazilərini əhatə edən Sobsan boya fabrikinin yeni ünvanında inanılmaz ekoloji terror həyata keçirilir.Beləki, Sobsan boyaları fabrikindən axıdılan zərərli maddələr hava hövzəsinin çirkləndirilməsinin əsas səbəbidir”. 

Yazı dərc olunandan sonra Ekologiya və Təbii Tərvətlər Nazirliyinin rəsmiləri məsələyə operativ reaksiya verib və nazirlik tərəfindən tədbir görülüb, həmçinin fabrikin məsul şəxsi cərimələnib.
 
Ekologiya və Təbii Tərvətlər Nazirliyindən Bolgexeber.com-a daxil olan açıqlamada bildirilir:
“Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Rəmzi-S MMC-yə məxsus Sobsan boya fabrikində formalaşan çirkab suların gölə axıdılması ilə bağlı Ekologiya və Təbii Tərvətlər Nazirliyinə daxil olmuş məlumat əsasında müəssisənin ətrafına baxış keçirilmişdir. Baxış zamanı müəssisəyə məxsus şambo quyusunun hermetikliyi olmadığımdan ətrafa çirkab suyun axıdılması faktı müəyyən edilərək akt tərtib edilmiş və göstərilən nöqsanların aradan qaldırılması üçün İdarə tərəfindən müəssisəyə icrası məcburi olan müddətli məcburi göstəriş verilmişdir. Məcburi göstərişin icra vəziyyəti tərəfimizdən yoxlanılarkən onun şərtlərinə əməl olunmadığı müəyyən edilmişdir. Belə ki, müəssisədə formalaşan çirkab sularının gölə axıdılması faktı müəyyən edilmişdir. Faktla bağlı akt tərtib olunmuş və Sobsan boya fabrikinin SƏTƏM üzrə müdiri Həbib Muxtarov barəsində vəzifəli şəxs qismində cərimə olunmuş, barəsində protokol tərtib edilmişdir”.
Bolgexeber.com