BolgeXeber.Com » Gündəm » AAAF Park Xırdalanda yerləşən “Limu Forest” restoranında heyvanlara qarşı xüsusi amansızlıq: Aidiyyatı qurumlar niyə susur?
AAAF Park Xırdalanda yerləşən “Limu Forest” restoranında heyvanlara qarşı xüsusi amansızlıq: Aidiyyatı qurumlar niyə susur?
22-08-2021, 10:07
Oxunub: 5 704
Avqustun 18-də AAAF Park Xırdalanda yerləşən “Limu Forest” restoranının personalı heyvanlara qarşı xüsusi amansızlıq edib.
Belə ki, onlar bir neçə pişiyi və iti döyərək hovuza atıb. Ofisiantlar isə bunu öz aralarında zarafata çeviriblər. Bu amansızlığı və özbaşnalığı görən bir qrup müştəri bu rəftar ilə bağlı restoranın adminstratorunu çağırsalar da, ofisiantlar “guya adminstrator gəlib nə edəcək ki?”, deyərək müştəriləri lağ obyektinə çeviriblər.
AAAF Park-da yaşayan sakinlərin bildirdiyinə görə, “Limu Forest” Restoranında bu hadisə ilk dəfə deyil, daha öncə də heyvanlara qarşı bu tip əməllər törədilib və buna etiraz edən müştərilərə isə çox kobud şəkildə cavab verilib.
Bu mənzərəyə şahidlik edən bir neçə müştəri məsələ ilə bağlı bir neçə yerə şikayət etsə də, şikayətləri nəticəsiz qalıb.
Məsələ ilə bağlı bir qrup hal şahidi yaxın zamanda Daxili İşlər Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və Abşeron rayon İcra Hakimiyyətinə müraciət edəcəklər.
Mətndə adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Mövzu diqqətdə saxlanılacaq
Hokm.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər