BolgeXeber.Com » Gündəm » Bu şəxslərə şad xəbər:BÖYÜK MƏBLƏĞDƏ PUL VERİLƏCƏK -SƏRƏNCAM

Bu şəxslərə şad xəbər:BÖYÜK MƏBLƏĞDƏ PUL VERİLƏCƏK -SƏRƏNCAM

23-08-2021, 17:49
Oxunub: 8 864

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında" Sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, Sərəncamla Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılıb.